Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bəkir Bozdağ səhhəti ilə bağlı səbəblərə görə vəzifəsindən istefa verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bozdağ istefa ərizəsini artıq parlament sədrinin ofisinə təqdim edib.

AKP-nin parlament qrupunun onun yerinə yeni sədr müavini seçəcəyi bildirilib.

Qeyd edək ki, Bəkir Bozdağ eyni zamanda AKP-nin Şanlıurfa üzrə millət vəkilidir.