Türkiyə millisi baş məşqçi Vinçentso Montella ilə yollarını ayıra bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliya mediası iddia irəli sürüb. “La Gazzetta dello Sport”un məlumatına görə, italiyalı mütəxəssisin müqaviləsi davam etsə də, o postunu tərk edə bilər. Bildirilir ki, Montellanın 915 min avro təzminatı var. İddialara görə, onun yerinə Arda Turanın gətirilməsi gündəmə gəlib. İtaliya mətbuatı Arda Turanın Montellanın mümkün əvəzləyiciləri arasında əsas namizəd olduğunu vurğulayıb.

Qeyd edək ki, Vinçentso Montella 2025-ci ildə Türkiyə Futbol Federasiyası ilə 2028-ci il Avropa çempionatının sonuna qədər müqavilə imzalayıb.