Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatları olub.
Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Belə ki, Elçin Abışov və Rövşən Məmmədov AAYDA-da Nəqliyyat infrastrukturu tikintisi şöbəsinin rəisinə müavin təyin ediliblər.
Bundan əlavə, Səxavət Heydərli isə Baş mühasib vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bundan əvvəl E.Abışov “ELTA Development” QSC-də, R.Məmmədov Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” şirkətində, Səxavət Heydərli SOCAR-da çalışıb.