ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoyl vəzifəsini tərk etdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, diplomat sosial media hesabında paylaşım edərək bu vəzifəyə təyin olunmasına görə ABŞ Prezidenti Donald Trampa və dövlət katibi Marko Rubiyoya təşəkkür edib. Gilfoyl mətbuatda onun barəsində yayılan iddiaların əsassız olduğunu qeyd edib.
Qeyd edək ki, Ağ Evin sözçüsü Keti Zaxariya daha əvvəl Gilfoyldan istefa verməsinin tələb olunduğunu açıqlamışdı. Səfir hədiyyələrin qəbulu və administrasiya rəsmilərinə çıxış əldə etmək müqabilində pul tələb etmək iddiaları ilə gündəmə gəlmişdi. Qilfoyl bir müddət Trampın böyük oğlu Donald Tramp Cünyorla nişanlı olub. Onlar ayrıldıqdan sonra o, Yunanıstana səfir təyin edilmişdi.