Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.
Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb:
"Komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur".