“Atletiko Madrid”in hücumçusu Xulian Alvares karyerası ilə bağlı yeni qərar verib.
Metbuat.az xəbər verir ki, argentinalı oyunçu yeni agent Pablo Barkero ilə anlaşmağa yaxındır. “Mundo Deportivo”nun məlumatına görə, Alvares daha əvvəl meneceri Fernando İdalqo ilə əməkdaşlığı dayandırıb. Bu qərarın səbəblərindən biri yay transfer pəncərəsində onun “Barselona”ya keçidinin reallaşmaması olub. Yeni agent seçimi zamanı Jorje Mendeş və Xavyer Pastore də namizədlər arasında yer alıb. Barkeronun “Mançester Siti”dən Rodri Ernandesi “Barselona”ya transfer etməsi də Alvaresin qərarına təsir göstərən amillərdən biri hesab olunur.
Qeyd edək ki, Xulian Alvares “Barselona”da oynamaq fikrincən geri çəkilməyib.