İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti postuna namizədliyi nəzərdən keçirilir.

Metbuat.az xəbər verir ki, qlobal miqyasda tanınan idman xadimi kimi dəyərləndirilən Bekhemin namizədliyinin Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən dəstəkləndiyi bildirilir.

Məlumata görə, keçmiş futbolçu namizədliyini irəli sürmək üçün ərizəsini noyabrın 18-dək təqdim etməlidir.