Slovakiyanın Baş naziri Robert Fiko Avropa İttifaqını Ukraynadakı münaqişənin davam etməsinə şərait yaratmaqda ittiham edib.
Metbuat.az xəbər verir ki, Fiko video müraciətində bildirib ki, Avropa İttifaqı Ukraynadakı münaqişəni davamlı şəkildə qidalandırır, çünki döyüşlərdə qan tökənlər avropalılar deyil.
Baş nazir münaqişə ilə bağlı çıxışlarda sülh məsələsinin gündəmə gətirilməməsinə etirazını ifadə edib.