ABŞ Prezidenti Donald Tramp şənbə günü Fransanı sarsıdan iğtişaşlara görə immiqrasiyanı ittiham edib.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Parisi immiqrasiya siyasətini sərtləşdirməyə çağırıb.

“Fransa yanır! Qəlbi nifrətlə dolu olan tamamilə fərqli bir dünyadan gələn immiqrasiya bir vaxtlar böyük olan bu ölkəni məhv edib”, - deyə Tramp bazar günü özünün “Truth Social” platformasındakı paylaşımında bildirib.

O əlavə edib: “Sərhədləri bağlayın və çox gec olmadan bu vəziyyəti nəzarət altına alın!”