İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəstəyinə görə təşəkkür edib və İranla bağlı diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, Netanyahu sosial şəbəkə hesabında paylaşım edərək Trampa dəstəyinə və əməkdaşlığına görə minnətdarlığını bildirib.

“Cənab Prezident Tramp, böyük dəstəyinizə və birgə fəaliyyətimizə görə təşəkkür edirəm. Birlikdə işi sona çatdıracağıq”, – deyə Netanyahu qeyd edib.

İsrail baş nazirinin bu ifadələri İranla bağlı hərbi əməliyyatların davam etdirilə biləcəyi barədə mesaj kimi qiymətləndirilib.