Türkiyə millisinin sabiq baş məşqçisi Vinçentso Montellanın karyerasını İtaliyada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Napoli” klubu təcrübəli mütəxəssisi baş məşqçi postuna namizədlər sırasında nəzərdən keçirir. “La Gazzetta dello Sport”un məlumatına görə, klub prezidenti Aurelio De Laurentis komandanın nəticələrindən narazıdır və Massimiliano Alleqri ilə yollar ayrılacağı təqdirdə Montellanı vəzifəyə gətirməyi düşünür.

Məlumata görə, İqor Tudor və Tiaqo Motta da “Napoli” rəhbərliyinin alternativləri arasındadır.