Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib. 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.
Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.