Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.