Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 113,5 milyon dollar dəyərində kərə yağı idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Bu, illik müqayisədə dəyər ifadəsində 16,7% azdır.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.