İtaliyada bahalaşma və yaşayış xərclərinin artmasına qarşı etirazlar ölkənin bir sıra şəhərlərini bürüyüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tələbələr aşağı əməkhaqlarına, yüksək vergilərə və ərzaq qiymətlərinin artmasına etiraz edirlər. Fermerlər və yük maşını sürücüləri isə yanacağın bahalaşmasına görə limanları və magistral yolları bağlayıblar.

Milan, Bolonya, Turin və digər şəhərlərdə keçirilən aksiyaların bir qismi iğtişaşlarla nəticələnib. Milanda 32 nəfər saxlanılıb, 14 polis əməkdaşı xəsarət alıb.

Yerli biznes assosiasiyası dəymiş zərəri 1 milyon avrodan çox qiymətləndirib.