Xəbər verildiyi kimi, Ağ Evin yeni sözçüsü Keti Zaxarianın təyinatı ətrafında yaranan mübahisələr onun vəzifədən ayrılması ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, Zaxaria ilk mətbuat konfransındakı çıxışı və hüquq keçmişi ilə bağlı ziddiyyətli açıqlamaları səbəbindən tənqid olunub.

Onun ABŞ-də vəkillik üçün tələb olunan imtahandan keçmədiyinin üzə çıxması müzakirələri daha da artırıb.

Zaxaria açıqlamasında Trampla işləməyi böyük şərəf adlandırıb. Tramp onu oktyabrın 12-də Karolin Livittin yerinə təyin etmişdi.