Bu ilin yanvar-sentyabr aylarında 1698,8 min ton süd, 1810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Agentliyi məlumat yayıb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 1,2 faiz artıb, yun istehsalı 3,4 faiz, barama istehsalı 16,5 faiz azalıb, süd istehsalı isə ötən ilin səviyyəsində qalıb.