Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 30,6 milyon ABŞ dolları dəyərində 33,7 min ton düyü idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu göstərici illik müqayisədə dəyər baxımından 23% azdır.
Bu dövrdə düyü idxalı ölkənin ümumi idxalında 0,23% paya malik olub.