Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi vəzifəsinə Sergen Yalçının təyin olunduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, 53 yaşlı mütəxəssis və onun məşqçi heyəti ilə 4 illik müqavilə imzalanacaq. Federasiyanın məlumatına görə, Sergen Yalçın klub səviyyəsində qazandığı təcrübəni bundan sonra Türkiyə millisinin uğurları üçün istifadə edəcək.

Federasiya yeni baş məşqçiyə fəaliyyətində uğurlar arzulayıb və təyinatın ölkə futbolu üçün xeyirli olmasını diləyib.