Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü, 4 saylı Vəkil Bürosunun rəhbəri Ramiz İbrahimova yeni vəzifə verilib.
Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, o, Vəkillər Kollegiyasının (VK) Ağsaqqallar Şurasının sədri təyin olunub.
Qərar VK Rəyasət Heyətinin oktyabrın 21-də keçirilən iclasında qəbul edilib.
R.İbrahimov 1951-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Xatırladaq ki, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, görkəmli hüquqşünas İkram Kərimov avqustun 2-də 84 yaşında vəfat edib.