“Fənərbaxça” 2025-ci ildə 6,7 milyon avroya transfer etdiyi serbiyalı futbolçu Oqnyen Mimoviçlə yollarını ayırmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, Türkiyə klubunda qış transfer pəncərəsində heyətdə dəyişikliklər edilməsi planlaşdırılır. Baş məşqçi İsmail Kartalın etimadını qazana bilməyən 22 yaşlı sağ cinah müdafiəçisinin komandadan göndərilməsi qərara alınıb. Bildirilir ki, Mimoviç mövsümün əvvəlində U-23 futbolçular üçün nəzərdə tutulan yer hesabına heyətdə saxlanılsa da, əsas komandada möhkəmlənə bilməyib. Daha əvvəl “Zenit” və “Pafos”da icarə əsasında çıxış edən futbolçu ilə qış fasiləsində yolların ayrılması gözlənilir.
Məlumata görə, serbiyalı oyunçu ilə ölkəsindən bir neçə klub maraqlanır. “Fənərbaxça”nın onun üçün həm birdəfəlik transfer, həm də icarə əsasında göndərilməsi ilə bağlı təklifləri nəzərdən keçirəcəyi bildirilir.