Yaponiyada baza inflyasiyası zəif yenin idxal xərclərini artırması və enerji qiymətlərinin dolayı təsiri nəticəsində sentyabrda 2,1%-ə yüksələrək ilin ən yüksək səviyyəsinə çatıb.

Metbuat.az xəbər verir ki, avqustda 1,7% olan baza inflyasiyası sentyabrda iqtisadçıların proqnozlarına uyğun artıb. Ümumi inflyasiya da 2,1% təşkil edib.

Yaponiya Mərkəzi Bankının diqqətlə izlədiyi təzə ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə 2,4% olub.

“Capital Economics”in Asiya-Sakit okean regionu üzrə eksperti təzə ərzaq qiymətlərində artımın əhəmiyyətli dərəcədə yavaşlamasına və enerji qiymətlərinin azalmasına baxmayaraq inflyasiyanın sürətlənməsinin diqqətçəkən olduğunu bildirib.