“Real Madrid”in fransalı ulduzu Kilian Mbappe Arda Gülerin UEFA Çempionlar Liqasının üçüncü turunda “Leyptsiq”lə oyunda fərqləndiyi epizoda münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Mbappedən türkiyəli futbolçunun qol vurduğu an ona gülümsəməsinin səbəbi soruşulub. Fransalı hücumçu Ardanı kiçik qardaşı kimi gördüyünü və onu çox sevdiyini bildirib. O, gənc futbolçunun komanda üçün əhəmiyyətini vurğulayaraq öz qolunu ona verməkdə problem görmədiyini deyib. Mbappe Ardanın da ona çoxlu qol vurmaqda kömək etdiyini söyləyib və gələcəkdə ona daha çox qol fürsəti yaratmağa hazır olduğunu qeyd edib.
Qeyd edək ki, “Real Madrid” - “Leyptsiq” oyunu zamanı Kilian Mbappenin qapıya göndərdiyi topa, Arda Güler son anda toxunaraq fərqlənib. Oyun 4-1 hesabı ilə yekunlaşıb.