Bu ilin yanvar-avqust aylarında Azərbaycan 418,85 min ABŞ dolları dəyərində 102,41 ton qoyun əti idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,3 % çox, kəmiyyət olaraq – 4,7 % azdır.
Hesabat dövründə Azərbaycan Monqolustandan 410 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17,1 % çox) 101,9 ton (+17,2 %), Yeni Zelandiyadan 3,92 min ABŞ dolları dəyərində (-12,7 %) 0,1 ton (-28,6 %), Avstraliyadan 3 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 0,05 ton (+66,7 %) və Rusiyadan 1,49 min ABŞ dolları dəyərində (-92 %) 0,38 ton (-98 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 638,44 ton qoyun ətinin 89,7 %-i Monqolustanın payına düşüb.