“Fənərbaxça” rəhbərliyi bazar ertəsi səfərdə “Qalatasaray”la keçiriləcək derbidə qələbə qazanılacağı təqdirdə futbolçulara əlavə mükafat verilməsi barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, klub prezidenti Aziz Yıldırım və rəhbərlik üzvlərinin də derbi öncəsi məşq bazasına gedərək son vaxtlar tənqid olunan məşqçi heyətinə və futbolçulara dəstək verəcəyi irəli sürülüb. Bildirilir ki, Super Liqada ardıcıl üç qələbə qazanan “Fənərbaxça” rəhbərliyi derbidə qələbənin komandanın əhvalını daha da yüksəldəcəyinə inanır.

Bildirilib ki, mümkün məğlubiyyət klubda ciddi qərarlarla nəticələnə bilər.