Türkiyənin “Qalatasaray” klubunun qadın futbol komandası çempionatda möhtəşəm qələbə qazanıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Qadınlar Futbol Super Liqasının 7-ci turunda “Şile Bilgidoğa” ilə qarşılaşıb. Bayrampaşa Çətin Əməç stadionunda keçirilən görüş “Qalatasaray”ın 22:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəqib qapısına ilk hissədə 13 dəfə yol tapan “Qalatasaray” fasiləyə böyük üstünlüklə yollanıb. Qarşılaşmanın ikinci hissəsində də hücumlarını davam etdirən İstanbul təmsilçisi yekunda 22:0 hesablı darmadağına imza atıb.
Bu qələbə ilə mövsümdə beşinci dəfə üç xal qazanan “Qalatasaray” xallarının sayını 17-yə çatdırıb və turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
“Şile Bilgidoğa” isə xalsız qalaraq sonuncu sırada yer alıb.
Növbəti turda “Qalatasaray” səfərdə “Yüksekova Spor”un qonağı olacaq. “Şile Bilgidoğa” isə öz meydanında “Fomget Gençlik”lə üz-üzə gələcək.