Misli Premyer Liqasında IX turun görüşləri davam edir.
Metbuat.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Sumqayıtda keçirilib. “Şəfa” “Kəpəz”lə üz-üzə gəlib.
Oyunda hesab ikinci yarıda açılıb. Meydan sahibləri fərqləniblər. Lakin qonaqlar geridönüşə imza atmağı bacarıblar. Gəncə təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.