Bakıda standartlara cavab verməyən və kifayət qədər ucuz təklif olunan evlər var.
Metbuat.az xəbər verir ki, bunu Əmlak məsələlri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə əmlak eksperti Ramil Osmanlı bildirib ki, Bakı şəhərində standartlara cavab verməyən və kifayət qədər ucuz təklif olunan evlər var.
Məsələn, Buzovna, Mərdəkan və digər kənar qəsəbələrdəki mənzillər buna misaldır. Hətta Pirallahı rayonunda birotaqlı mənzillərin qiyməti 30-35 min manat arasında dəyişir. Bununla yanaşı bir sıra ərazilərdə bir otaqlı mənzillərin qiymətində də artım var.
O, bildirir ki, əvvəlki illərdə olduğu kimi, bu il də azotaqlı mənzillərə tələbat üstünlük təşkil edir.
Ekspert onu da deyib ki, bəzi ərazilərdə qiymətlərin belə baha olmasının əsas səbəblərindən biri də məhz kiçikölçülü mənzillərə olan tələbatın həddən artıq yüksək olmasıdır.