“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib.
Metbuat.az xəbər verir ki, Mask bu barədə öz “X” hesabında məlumat verib.
O, paylaşımında Ukrayna ordusunun “Starlink” xidmətindən istifadə qaydalarını pozduğunu iddia edib. Mask iddia edib ki, Ukrayna ordusu hücum dronlarını idarə etmək üçün Starlinkdən istifadə edir və bu da ölümcül hücumlarla nəticələnir. İş adamı bu imkanın ötən həftə söndürüldüyünü bildirib.
“Bu boşluq ötən həftə aradan qaldırılıb”, – o əlavə edib.
Qeyd edək ki, Ukrayna oktyabrın 24-də Starlink və onun hərbi versiyası olan “Starshield” sistemlərinin fəaliyyətinin məhdudiyyətlərdən əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb.