“Qalatasaray” klubunun rəhbərliyi “Fənərbağça” ilə qarşılaşma öncəsi futbolçular üçün nəzərdə tutulan mükafat məbləğini artırıb.
Metbuat.az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, klub prezidenti Dursun Özbek komandanın qarşıdakı derbidə qalib gələcəyi təqdirdə oyunçulara ümumilikdə 1,5 milyon avro mükafat veriləcəyini bildirib.
Daha əvvəl İstanbul təmsilçisi UEFA Çempionlar Liqasında səfərdə “Lill”i 4:2 hesabı ilə məğlub etdikdən sonra futbolçular üçün 700 min avro mükafat ayırmaq qərarına gəlmişdi.
Qeyd edək ki, oktyabrın 26-da Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbağça” ilə üz-üzə gələcək.