Bakı Dövlət Universitetinin 1 saylı korpusunda yerləșən, yeni təmirdən çıxmış bufetdə tələbələr arasında dava baș verib.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülə yayılıb.
Tələbələrin bir-birinin saçını yolduğu anlar kameraya düşüb. Hadisənin hansı səbəbdən baș verdiyi hələlik məlum deyil.
Universitetin digər korpusunda yerləşən bufetdə çalışan şəxs baş verənlərin şahidi olmadığını, məsələ barədə internetdə yayılan görüntülərdən məlumat aldığını bildirib.
BDU-dan isə məsələyə münasibət öyrənə bilmədik.
O da bildirilir ki, bir qrup tələbə arasında baş verən insidenti əks etdirən görüntülər araşdırılır. Polis tərəfindən hadisənin iştirakçıları müəyyən olunublar. İnsidentlə bağlı müvafiq tədbirlər görülür.