“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə klubun Ali Divan Qurulu toplantısında çıxışı zamanı danışıb. Yıldırım may ayından sonra bir daha klubun işlərinə qarışmayacağını və geri qayıtmayacağını bildirib. O, bu qərarının səbəbini daha sonra açıqlayacağını qeyd edib. Klub üzvlərini komandaya daha çox dəstək göstərməyə çağıran Yıldırım, divan iclaslarına marağın az olmasından narazılığını ifadə edib.

O, çıxışında klubun maliyyə vəziyyətinə də toxunaraq transfer xərcləri və əvvəlki dövrlərdən qalan borclarla bağlı fikirlərini bölüşüb. Yıldırım maliyyə məsələlərinin araşdırılmasının vacibliyini vurğulayıb.