Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 8 milyon 881 min 441,48 ton xam neft ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu miqdarda məhsulun dəyəri 5 milyard 511 milyon 082,12 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 7,4 % az, dəyəri isə 10,4 % çoxdur.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 56,1 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.