Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 543,961 milyon manat sığorta haqqı toplanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 16,5 % artaraq 232,011 milyon manata çatıb.

Beləliklə, 9 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 39,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.