Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 219,597 milyon manat sığorta haqqı toplanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 37,307 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 19,1 % çoxdur.
9 ayda əmlak sığortası üzrə toplanmış hər 100manat sığorta haqqının 17 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 17,2 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.