Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli rəsmiləri ilə İran arasında danışıqlar Tehranda başlayıb.
Metbuat.az xəbər verir ki, görüşlərdə Səudiyyə Ərəbistanını müdafiə naziri Xalid bin Salman, Pakistanı Baş Qərargah rəisi Asim Münir, Türkiyəni isə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edir. İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kani dövlət televiziyasına açıqlamasında nümayəndələrin şura ilə məsləhətləşmələr aparacağını bildirib. Məlumata görə, nümayəndə heyətinin üzvləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə yanaşı, Prezident Məsud Pezeşkianla da görüşəcəklər. Bildirilir ki, səfər ABŞ və İran arasında davam edən böhran fonunda gərginliyin azaldılması, dialoqun təşviqi və diplomatik həll yollarının tapılması səylərinin tərkib hissəsidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkə İttifaqında yer alır.