“Real Madrid”in “Barselona”nı 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Joze Mourinyonun qol sevinci diqqət çəkib.

Metbuat.az xəbər verir ki, İspaniya La Liqasının 10-cu turunda keçirilən matçda Kataloniya təmsilçisi doğma meydanda rəqibinə uduzub. Kilian Mbappenin 87-ci dəqiqədə vurduğu qələbə qolundan sonra Mourinyo meydan kənarında dizini qaldıraraq yumruqlarını sıxıb və sevincini dilini çıxararaq nümayiş etdirib. Bu davranışın ardından onun 2013-cü ildə “Real Madrid”in baş məşqçisi olarkən etdiyi bənzər qol sevinci yenidən gündəmə gəlib.