Türkiyə Superliqasında İstanbul derbisində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, görüşün əsas qəhrəmanı Viktor Osimhen olub. Nigeriyalı forvard 29-cu dəqiqədə rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. O, fasiləyə az qalmış, 44-cü dəqiqədə yenidən fərqlənərək “Qalatasaray”ın üstünlüyünü möhkəmləndirib.

İkinci hissədə hesab arasındakı fərqi azaltmağa çalışan “Fənərbağça” 62-ci dəqiqədə istəyinə çatıb. İrfan Kahveci vurduğu qolla komandasına ümid versə də, qonaqlar qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyiblər.

Bununla da, “Qalatasaray” xallarının sayını 22-yə yüksəldərək turnir cədvəlinin lideri mövqeyini qoruyub. 16 xalı olan “Fənərbaxça” isə beşinci pillədə qərarlaşıb.