Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bu, sentyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son 1 ildə isə 42,8 % artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət avqustun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.