“Beşiktaş”ın yarımmüdafiəçisi Cunior Olaytan “Başakşehir”lə matçda vurduğu qolla karyera rekordunu yeniləyib.

Metbuat.az xəbər verir ki, 24 yaşlı beninli futbolçu 89-cu dəqiqədə fərqlənərək bu mövsüm qol töhfələrinin sayını 9-a çatdırıb.

O, 2022-2023-cü illər mövsümündə Fransanın “Niort” klubunda 8 qol töhfəsi vermişdi.