Türkiyənin Dənizli vilayətində yerləşən Mərkəzefendi bələdiyyəsinə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bələdiyyə sədri Şeniz Doğan və həyat yoldaşı Mehmet Ali Doğan da daxil olmaqla bir neçə nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları bələdiyyə binasında və Şeniz Doğanın evində axtarışları davam etdirir.

Qeyd edək ki, Şeniz Doğan 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olaraq səslərin 57,78 faizini qazanaraq Mərkəzefendi bələdiyyəsinin sədri seçilib. O, daha sonra CHP-dən istefa verərək YENİ Partiyasına qoşulub.

Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.