“Qalatasaray”ın gənc futbolçusu Aleksey Batrakov Avropanın aparıcı klublarının diqqətini cəlb edib. PSJ-nin rusiyalı yarımmüdafiəçini yaxından izlədiyi, “Barselona”, “Arsenal” və “Liverpul”un da onunla maraqlandığı bildirilir.

Metbuat.az Türkiyən mediasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun UEFA Çempionlar Liqasında “Barselona” və “Lill”ə qarşı matçlarda fərqlənməsi Avropanın bir sıra nəhəng klublarının marağını artırıb. Məlumata görə, PSJ, “Barselona”, “Arsenal” və “Liverpul” gənc oyunçunun çıxışını izləyir.

Batrakovun “Qalatasaray”ın “Fənərbağça” ilə derbisində də diqqət mərkəzində olacağı gözlənilirdi. Avropa klublarının nümayəndələrinin futbolçunun oyununu yaxından izləmək niyyətində olduğu qeyd edilirdi.

Türkiyə mətbuatında yer xəbərdə bildirilir ki, “Qalatasaray” rəhbərliyi Batrakovun müqaviləsində 55 milyon avroluq sərbəstqalma məbləğinin olduğunu açıqlayıb. Klub rəsmilərinin fikrincə, futbolçu hazırkı performansını davam etdirsə, bu məbləği ödəməyə hazır olan komandalar tapıla bilər.

İstanbul təmsilçisi gənc futbolçunu heyətinə qatmaq üçün “Lokomotiv Moskva”ya 25 milyon avro ödəyib. Həmçinin, oyunçunun gələcək satışından əldə olunacaq məbləğin müəyyən hissəsinin Rusiya klubuna çatacaq.