Çinin Hubey əyalətində Yanq adlı kişi təxminən 50 ildir dağın içində yerləşən mağara evdə yaşayır.

Metbuat.az xəbər verir ki, ailəsinin bir əsr əvvəl məskunlaşdığı bu yeri qardaşları tərk etsə də, o, valideynlərinin ölümündən sonra da burada qalmağa davam edib. Dağın təbii quruluşuna qarışan evin girişini uzaqdan görmək demək olar ki, mümkün deyil. Mağaranın daxilində elektrik, su və yemək bişirmək üçün odun sobası var. Məlumata görə, qayaların arasından süzülən suları toplayan Yanq gündəlik ehtiyaclarını bu su hesabına qarşılayır. O, həmçinin yetişdirdiyi dərman bitkilərini ətraf yaşayış məntəqələrində sataraq dolanışığını təmin edir. Yanqın sözlərinə görə, mağara yayda sərin, qışda isə ətraf mühitlə müqayisədə daha isti olur.

Ən yaxın avtomobil yolu cəmi 300 metr məsafədə yerləşsə də, sıx ağaclar və dik cığırlar evə çatmağı çətinləşdirir.