Türkiyənin “Fənərbaxça” klubunda baş məşqçi postuna müvəqqəti təyinat reallaşıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin mətbuat xidməti komandanın idarəçiliyinin Dirk Kayta tapşırıldığını açıqlayıb. Niderlandlı mütəxəssis yeni baş məşqçi müəyyənləşənədək bu vəzifəni icra edəcək.
Xatırladaq ki, klub İsmayıl Kartalla əməkdaşlığa son qoyduğunu elan edib.