“Fənərbaxça” klubunda İsmayıl Kartalla yolların ayrılmasından sonra yeni baş məşqçi axtarışlarına başlanılıb.
Metbuat.az xəbər verir ki, "Qalatasaray"la derbidəki məğlubiyyətdən sonra Kartalın dönəmi başa çatıb və yeni çalışdırıcının kim olacağı maraq doğurub. Komandaya yeni baş məşqçi təyin edilənədək Dirk Kuyt rəhbərlik edəcək. "TRT Spor"un məlumatına görə, əcnəbi namizədlər arasında son olaraq Julian Nagelsmannın adı gündəmə gəlib. İdarə heyətinin toplantısından sonra yekun namizədlərin müəyyənləşdirilməsi gözlənilir.
Məlumata görə, yerli mütəxəssislərdən Abdullah Avcı, Aykut Kocaman, Emre Belözoğlu və Volkan Demirel də namizədlər sırasında müzakirə edilir.