“Qalatasaray” klubu qış transfer pəncərəsində Bruno Fernandeşi heyətinə qatmaq üçün yenidən hərəkətə keçməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi yayda reallaşdıra bilmədiyi transferi yanvar ayında tamamlamağa çalışacaq. İddialara görə, “Mançester Yunayted”də xoşbəxt olmayan portuqaliyalı futbolçu komandadan ayrılmağa müsbət yanaşır. Onun baş məşqçi Maykl Kerriklə münasibətlərində problem yaşadığı da irəli sürülüb.
Bildirilir ki, "Qalatasaray” yayda futbolçunun transferi üçün danışıqlar aparsa da, İngiltərə klubunun tələbləri səbəbindən geri çəkilməli olub və Aleksey Batrakovu heyətinə cəlb edib.