ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 3,75–4% diapazonunda saxlayıb.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, qərarın lehinə 10, əleyhinə isə 2 nəfər səs verib.

FES-in bəyanatında iqtisadi fəallığın artdığı, daxili xərclərin sabit qaldığı və işsizlik səviyyəsinin ciddi dəyişmədiyi bildirilib. Bununla yanaşı, ABŞ-də inflyasiyanın yüksək olaraq qaldığı vurğulanıb.

Qurum inflyasiyanı 2%-lik hədəfə qaytarmaq üçün zəruri tədbirləri görəcəyini açıqlayıb.