Azərbaycanda noyabr ayında iş vaxtı norması azalacaq.
Metbuat.az xəbər verir ki, noyabr ayında beşgünlük iş həftəsi üzrə 19 iş günü, 11 qeyri-iş günü olacaq. Beləliklə, aylıq iş vaxtı norması 152 saat təşkil edir.
Qeyd edək ki, noyabrın 8-də Zəfər Günü, 9-da isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il 8 Noyabr bazar gününə, 9 Noyabr isə bazar ertəsinə təsadüf edir. Zəfər Gününün bazar gününə düşməsi ilə əlaqədar noyabrın 10-u da istirahət günüdür.
Beləliklə, noyabr ayında ölkədə ümumilikdə qeyri-iş günlərinin çoxluğu iş vaxtı normasının azalmasına səbəb olacaq.