“Fənərbaxça”da İsmayıl Kartalla yolların ayrılmasından sonra Aykut Kocamanın adı yenidən gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisində müvəqqəti olaraq Dirk Kuyt baş məşqçi vəzifəsinə gətirilib. Məlumata görə, “Fənərbaxça” millilərin oyunları ilə bağlı fasiləyədək Kuytın rəhbərliyi altında çıxış etməyi, daha sonra isə yeni çalışdırıcı seçməyi planlaşdırır. “Sabah” nəşrinin məlumatına görə, Aykut Kocamanın da mümkün namizədlər arasında olduğu bildirilir.

Təcrübəli mütəxəssisin Oğuz Çətinlə yollar ayrılacağı təqdirdə “Fənərbaxça”da işləməyə müsbət yanaşdığı qeyd olunur. İddia edilir ki, bir müddətdir Bodrumda olan Kocaman İstanbula qayıdıb.