"Real Madrid"in futbolçusu Arda Güler son həftələrdə meydanda daha çox vaxt keçirməyə başlayıb.
Metbuat.az xəbər verir ki, baş məşqçi Jose Mourinyo artıq Arda Güleri erkən əvəzləmək vərdişindən əl çəkib. İspaniyanın “Marca” nəşri yazıb ki, Arda “El-Klasiko”ya qədər start heyətində meydana çıxdığı səkkiz oyunun hamısında vaxtından əvvəl əvəzlənib. O, “Espanyol” və “Betis”lə matçlarda 64-cü, “Elçe” ilə qarşılaşmada 68-ci, “Atletiko” ilə derbidə isə 54-cü dəqiqədə meydanı tərk edib. Arda “El-Klasiko”da da təsirli oyunu ilə diqqət çəkib. Nəşrin yazdığına görə, futbolçu bu mövsüm Kilian Mbappedən sonra “Real Madrid”in ən məhsuldar hücumçusudur.
Türkiyəli oyunçu keçirdiyi 12 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.